12 C
Baku
Şənbə, Dekabr 4, 2021

Avropada təbii qazın qiyməti 11% artıb

Avropada təbii qazın qiyməti Yamal-Avropa xətti ilə Almaniyaya qazın birbaşa nəqlinin dayandırılması fonunda 11% artaraq 1 min kubmetrə görə 850 ABŞ dollarından yuxarı qalxıb.

Banker.az xəbər verir ki, Niderlandın TTF mərkəzində (hab) noyabr fyuçerslərinin dəyəri 1 min kubmetrə görə 861 ABŞ dolları olub.

Bununla yanaşı, Polşa qaz kəmərləri şəbəkəsinin operatorunun qeyd etdiyi kimi, Yamal-Avropa xətti vasitəsilə ölkə ərazisinə qaz tədarükü davam edir. Eyni zamanda Əlcəzair Mərakeşlə münaqişə səbəbindən Məğrib-Avropa qaz kəməri ilə İspaniyaya qaz nəqlini dayandırıb.

Oktyabrın 29-u Avropada qazın qiyməti sentyabrın 17-dən bəri il dəfə bir min kubmetrə görə 800 ABŞ dollarından aşağı düşüb.

Son xəbərlər
Oxşar xəbərlər
X