5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Avropada təbii qazın qiyməti 1200 dollardan aşağı düşüb

Avropada qaz fyuçerslərinin qiyməti 9% azalaraq 1000 kubmetr üçün 1160 dollar səviyyəsinə düşüb.

Banker.az xəbər verir ki, Londonun ICE birjasının məlumatlarına əsasən, Hollandiya TTF indeksi üzrə yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 12:57-də 1135.7 dollar olub.

Avropada qaz qiymətlərində nəzərəçarpacaq artım TTF-nin orta spot qiymətinin hər min kubmetr üçün 250-300 dollar diapazonunda dəyişməsi yazda başlayıb. Artıq dekabr ayında kotirovkalar ikiqat artıb. Avropada qaz qovşaqlarının fəaliyyət göstərdiyi bütün tarixdə – 1996-cı ildən bəri belə davamlı yüksək qiymətlər olmayıb.

Son xəbərlər
Oxşar xəbərlər