13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Avropada təbii qazın qiyməti 1200 dolları keçib

Oktyabrın 5-i keçirilən hərraclarda Avropada təbii qazın qiyməti min kubmetr üçün 1200 dolları keçib. Banker.az xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.

Beləliklə, ticarət zamanı Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti min kubmetrə görə 1228.8 dollara çatıb. Qeyd edək ki, bir neçə gün əvvəl pik nöqtədə qiymət 1057 dollar (87.95 avro) olub.

Avropada təbii qazın qiymətinin artması İngiltərədə enerji böhranına səbəb olub. Bu ölkədə təxminən 2 milyon ailə enerji şirkətlərinin iflasından zərər çəkib. Eyni zamanda müəyyən problemlər Avstriya, Niderland və Portuqaliyada qeydə alınıb.

Son xəbərlər
Oxşar xəbərlər
X