17 C
Baku
Monday, April 15, 2024

Avropada təbii qazın qiyməti 1350 dolları keçib

Spot Avropa qaz qiymətləri dekabrın 13-ü səhər saatlarında nəzərəçarpacaq dərəcədə artıb.

Banker.az xəbər verir ki, Hollandiyadakı TTF qovşağında yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:25-ə qədər MVt/saat üçün 116.395 avroya yüksəlib ki, bu da hazırkı məzənnə ilə min kubmetr üçün 1381 dollara bərabərdir

Qazın qiyməti bu ilin oktyabrından bəri ilk dəfə olaraq 1300 dolları ötüb. Bakı vaxtı ilə saat 11:38-də qiymət artımı bir qədər səngiyib – min kubmetr üçün 1353 dollara qədər yüksəlib.

Son xəbərlər
Digər xəbərlər