27 C
Baku
Saturday, July 13, 2024

Avropada təbii qazın qiyməti 356 dollara enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 360 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

17 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 356 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (363,4 dollar) ilə müqayisədə 0.5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər