Avropada təbii qazın qiyməti artır

Avropada təbii qazın qiyməti son 3 ayın maksimum həddinə çatıb.

“Finmarket” xəbər verir ki, Hollandiyanın TTF onlayn satış mərkəzində təbii qaz 267 USD/1000 kubmetrədək bahalaşıb ki, bu da yanvarın 25-dən bu yana ən yüksək həddir. İlin əvvəlindən TTF-də “ertəsi gün” fyuçerslərinin orta qiyməti 234 USD/1000 kubmetr təşkil edib.

Bahalaşmanın amilləri arasında karbon tullantıları ödəmələrinin rekord həddə çatması, havaların normadan soyuq keçməsi, Asiya bazarında LNG-nin bahalaşması, yel enerji istehsalatının yetərincə inkişaf etməməsi göstərilir.

“Gas İnfrastructure Europe”a görə, Avropa yeraltı anbarlarına qaz vurulması davam edir. Bütövlükdə, regiondakı qaz ehtiyatlarının bərpası atıq bir ay yubanır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.