4 C
Baku
Sunday, December 4, 2022

Avropada təbii qazın qiyməti oktyabrda min kubmetr üçün 1 246 dollara düşüb

Bu il oktyabrın sonunda Avropada təbii qazın min kubmetrinin qiyməti, təxminən, 1 246 təşkil edib.

Bunu London ICE birjasının noyabr və dekabr fyuçersləri üzrə məlumatları sübut edir. Ucuzlaşmanın əsas amillərindən biri regionda havaların anomal isti keçməsi səbəbindən isitmə mövsümünün başlanmasının gecikməsidir.

Əgər sentyabrın 30-da təbii qaz fyuçersləri hər min kubmetr üçün, təqribən, 1 884 dollar səviyyəsində ticarəti olunurdusa, oktyabrın 31-də yekun qiymət 1 246 dollar olub və bu da əvvəlki ayın sonundakı göstəricidən 34% azdır.

Avropada təbii qazın min kubmetrinin orta qiyməti oktyabrda, təxminən, 1 382 dollar, sentyabrda isə 2 090 dollar təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X