21 C
Baku
Monday, July 22, 2024

Avropada təbii qazın qiyməti yeni rekord vurub

“EEX” ticarət birjasının məlumatlarına əsasən, Avropa bazarında təbii qazın topdansatış qiyməti min kubmetr üçün 500 dollara yaxınlaşıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məsələn, Hollandiyada təbii qazın qiyməti rekord həddə çatıb və zirvəsində min kubmetr üçün 484 dollar təşkil edib.

Forvard qiymətləri də rekord vurub – avqust fyuçersləri gündə 5.3% artaraq min kubmetr üçün 491 dollara çatıb.

Qeyd edək ki, Avropada təbii qazın bahalaşması həftənin əvvəlindən başlayıb, onda min kubmetrin qiyməti 433 dollar olub. Ötən ayın sonunda “mavi yanacağın” qiyməti təxminən 360 dollar təşkil edib.

Bununla yanaşı, qaza olan tələb Avropa ölkələrinin kömürdən daha ekoloji olan yanacaq növlərinə keçməsinə görə artmaqdadır. Avropa Birliyi 2021-ci ilin yazında xarici ölkələrə münasibətdə karbon vergisi qəbul etməyi planlaşdırır.

Yeni rüsum yüksək karbon izi buraxan və xaricdən idxal olunan mallara təsir edəcək. Bu yolla Avropa Birliyi yerli istehsalçıları rəqabətdən qorumaq və bütün dünyada sənaye sahələrinin ekoloji cəhətdən daha təmiz iş üsullarına keçməsini stimullaşdırmaq istəyir.

Son xəbərlər
Digər xəbərlər