Avropada təbii qazın birja qiymətləri 2.7 % artıb.
Banker.az xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fevral fyuçerslərinin günə 755.5 dollarla (+1.1%) başlasa da, sonradan 766.9 dollaradək (2.7 %) yüksəlib. Dinamika əvvəlki ticarət günü (cümə günü) qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 747 dollar) əsasən hesablanır.
Xatırladaq ki, yanvarın 17-də Avropada qazın qiyməti 600 dollardan aşağı enib. Ekspertlər bunu havaların isti keçməsi və Avropanın anbarlarında qaz ehtiyatlarının yüksək olması ilə əlaqələndirirlər.