Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 300 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
Banker.az xəbər verir ki, 24 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 316.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 230.8 dollar) ilə müqayisədə 5.1% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.