13 C
Baku
Friday, November 22, 2024

Avropada təbii qaz 7%-dən çox bahalaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 440 ABŞ dollarına yaxınlaşır.

9 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 436.1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (415.1 dollar) ilə müqayisədə 7.3% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər