6 C
Baku
Sunday, December 15, 2024

Avropada təbii qaz bahalaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 330 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

1 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 329.2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (322.6 dollar) ilə müqayisədə 2% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər