19 C
Baku
Sunday, May 19, 2024

Avropada təbii qaz bahalaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 313 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

2 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 312.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (308.5 dollar) ilə müqayisədə 1.4% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər