34 C
Baku
Friday, July 5, 2024

Avropada təbii qaz bu il 1.5 dəfə ucuzlaşıb

Bu ilin birinci yarısında Avropada qazın 1 000 kubmetrinin orta qiyməti 332 ABŞ dollarına yaxın səviyyədə olub.

Cari ilin yanvar-iyun aylarında TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fyuçerslərin qiyməti 331.7 dollar təşkil edib, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi (494.3 dollar) ilə müqayisədə 1.5 dəfə azdır.

Eyni dövr üçün rekord göstərici 2022-ci ildə qeydə alınıb və 1138.8 dollar təşkil edib. Bu, cari ilin müvafiq dövrünün orta qiymətindən 3.4 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər