-1 C
Baku
Sunday, December 15, 2024

Avropada təbii qaz cüzi bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

Banker.az xəbər verir ki, 10 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 597.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0.9% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər