Avropada qazın qiyməti kəskin artıb. Hollandiyadakı Avropa TTF qovşağında aprel fyuçerslərinin qiyməti 36% artaraq 1 min kubmetr üçün 1506 dollardan yüksək olub.
Banker.az bu barədə “RBK”a istinadən xəbər verir.
Rusiyaya qarşı “görünməmiş” sanksiyaların tətbiqi fonunda qazın qiymətləri artır: həftə sonu ABŞ və Aİ bəzi Rusiya banklarını SWIFT banklararası ödəniş sistemindən ayırdıqlarını elan etdilər. Bundan əlavə, Avropa İttifaqı Rusiya Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları qadağan edib.