16 C
Baku
Friday, November 22, 2024

Avropada təbii qaz ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 450 ABŞ dollarından aşağı enib.

15 oktyabr tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə noyabr fyuçerslərinin qiyməti 447,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (458 dollar) ilə müqayisədə 2,2% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər