13 C
Baku
Saturday, November 23, 2024

Avropada təbii qazın qiyməti 1000 dollardan aşağı düşüb

Oktyabrın 7-si keçirilən hərraclarda Avropada təbii qazın qiyməti oktyabr ayının əvvəlindən bəri ilk dəfə min kubmetr üçün 1000 dollardan aşağı düşüb. Banker.az xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.

Beləliklə, ticarət zamanı Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti min kubmetrə görə 981.1 dollar təşkil edib. Qeyd edək ki, bir neçə gün əvvəl pik nöqtədə qiymət 1900 dollar olub.

“Financial Times” bunu Rusiya prezidenti Vladimir Putinin verdiyi açıqlama ilə əlaqələndirir. Xatırladaq ki, siyasətçi Avropa bazarında təklifi artırmaq barədə düşündüyünü söyləyib.

Avropa Birliyinin beş ölkəsi enerji qiymətlərinin artmasının səbəblərini araşdıracaq. Qazın bahalaşması fonunda kömür və neftin də qiyməti artır.

Son xəbərlər
Digər xəbərlər