13 C
Baku
Friday, November 22, 2024

Avropada təbii qazın qiyməti 1000 dolları keçib

Sentyabrın 28-i keçirilən hərraclarda Avropada təbii qazın qiyməti min kubmetr üçün 1000 dolları keçib. Banker.az xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.

Beləliklə, ticarət zamanı Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti 11% bahalaşaraq min kubmetrə görə 1047 dollara çatıb. Xatırladaq ki, sentyabrın 15-i təbii qazın qiyməti bir neçə dəfə tarixi rekord qırıb, lakin ticarət sessiyasının sonunda qiymət 800 dollara enib.

Daha əvvəl mütəxəssislər Avropada qazın 1000 dollar səviyyəsinə çata biləcəyini proqnoz ediblər. Qiymət Asiyanın qaz bazarındakı vəziyyətdən və “Şimal axını-1” qaz kəmərinin işə salınması müddətindən asılı olaraq dəyişir.

Son xəbərlər
Digər xəbərlər