7 C
Baku
Thursday, December 12, 2024

Avropada təbii qazın qiyməti 1400 dollardan aşağı düşüb

Avropada təbii qazın qiyməti 24 iyundan bəri ilk dəfə 1000 kubmetr üçün 1400 dollardan aşağı düşüb, Banker.az bu barədə “İz.ru”ya xəbər verir.

Oktyabrın 10-da Avropada qazın qiyməti 29 iyuldan bəri ilk dəfə 1000 kubmetr üçün 1500 dollardan aşağı düşüb. Analitiklərin fikrincə, qazın qiymətinin ucuzlaşması Avropanın yeraltı qaz anbarlarında ehtiyatların maksimuma yaxınlaşması və hava şəraitinin mülayim keçməsi fonunda baş verir.

Eyni zamanda, azalmaya baxmayaraq, hazırkı qiymətlər qazın qiymətinin rekord səviyyədə olduğu keçən illə müqayisədə bir neçə dəfə bahadır. Stolıpin İnkişaf İqtisadiyyatı İnstitutunun direktoru Anton Sviridenkonun sözlərinə görə, tədarük zəncirlərinin dəyişdirilməsi, enerjiyə qənaət, yeni təchizatçıların tapılması prosesi maya dəyərinə təsir edə bilər.

Son xəbərlər
Digər xəbərlər