12 C
Baku
Saturday, November 23, 2024

Avropada təbii qazın qiyməti 1550 dolları keçib

Spot Avropa qaz qiymətləri dekabrın 15-i səhər saatlarında nəzərəçarpacaq dərəcədə artıb.

Banker.az xəbər verir ki, Hollandiyadakı TTF qovşağında yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:22-ə qədər MVt/saat üçün 1553.9 dollara yüksəlib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3.7% çoxdur.

Forvard bazarları da yüksəlməyə davam edir. Yanvar fyuçerslərinin orta qiyməti ötən ay 960 dollar olub, indi isə 1190 dolları keçir.

Spot müqavilələr də bahalaşır. Əgər noyabrda yanacağın qiyməti 950 dollara yaxınlaşırdısa, indi 1130 dollar təşkil edir. Ötən həftənin sonunda ICE Futures və Spot TTF-in qiymətləri min kubmetr üçün 1200 dollardan yuxarı olub.

Ekspertlər artımı qitədəki yeraltı saxlama anbarlarının boş, Asiyada tələbatın isə yüksək olması ilə əlaqələndirirlər. Bu amillər qiymət dinamikasına təsir etməkdə davam edir, baxmayaraq ki, noyabr ayı ərzində yanacaq min dollar səviyyəsində alınıb.

Son xəbərlər
Digər xəbərlər