Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 600 ABŞ dolları civarında qərarlaşıb.
9 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 592,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 511,6dollar) ilə müqayisədə 5,3% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.