Londonun ICE birjasının məlumatına görə, bazar ertəsi səhər Avropada qazın birja qiymətləri 2%-ə yaxın artaraq min kubmetr üçün 495 dollar təşkil edib.
TTF indeksi üzrə iyul (ən yaxın) fyuçersləri hər min kubmetr üçün 499.6 dollara (+2.5%) Bakı vaxtı ilə saat 10:00-da ticarətə başlayıb. Saat 10:23-ə olan məlumata görə, qazın qiyməti 494.3 dollar (+1.4%) təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə qaz kotirovkaları tarixi maksimuma – min kubmetr üçün 3892 dollara yüksəlib. 2021-ci ildə də qazın qiyməti həmişəkindən xeyli yüksək olub.