2 C
Baku
Saturday, December 14, 2024

Avropada təbii qazın qiyməti $200 düşüb

Avropada təbii qazın qiyməti bir aylıq rekordlardan sonra 200 dollar düşüb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti min kubmetrə görə 784 dollar təşkil edib.

Xatırladaq ki, pik nöqtədə göstəricilər min kubmetrə görə 970 dollar olub. Bu, 2018-ci ildən bəri qeydə alınan maksimum qiymətdir.

Analitiklər hesab edirlər ki, yanacağın qiyməti hava şəraiti, istilik mövsümünün başlaması, regional saxlama anbarlarının dolu olması və “Şimal axını-2” qaz kəmərinin işə salınması ilə bağlı qeyri-müəyyənlik səbəbindən sürətlə artır.

Mütəxəssislərin fikrincə, önümüzdəki onilliklərdə qiymətlər yüksək olaraq qalmağa davam edəcək – bir çox ölkələr yaşıl enerjinin digər sahələrini inkişaf etdirənə kimi yanacağın bu növünə üstünlük verəcək.

Son xəbərlər
Digər xəbərlər