Londonun ICE birjasının məlumatına görə, Avropada qazın birja qiyməti mart ayından bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 2000 dollardan yuxarı qalxıb. Avqust fyuçersləri üzrə hərraclar dünənki 1852 dollara qarşı 1000 kubmetr üçün 1891.4 dollarla açılıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Qazın qiyməti “Qazprom”un “Şimal axını” ilə nəqlin azaldılması ilə bağlı bəyanatı fonunda yüksəlir. İyulun 25-də şirkət elan etdi ki, iyulun 27-dən “Portovaya” kompressor stansiyasında digər “Siemens” turbininin dayanması səbəbindən qaz kəmərinin nəqlini layihə gücünün 20%-nə qədər azaldacaq.
Almaniya tədarükün azaldılması üçün heç bir texniki səbəb olmadığını deyib. Həmçinin qaz tədarükünün azaldılması fonunda Aİ ölkələri qaz istehlakını 15% azaltmaq planını müzakirə ediblər. Baxmayaraq ki, İspaniya, Belçika, Portuqaliya və Yunanıstan buna qarşıdır.