9 C
Baku
Saturday, December 28, 2024

Avropada təbii qazın qiyməti 2023-cü ildən bəri ilk dəfə 500 dolları ötüb

Avropada qazın qiyməti 2023-cü il noyabrın 28-dən bəri ilk dəfə 1000 kubmetr üçün 500 dolları ötüb. Hollandiyanın TTF qaz qovşağında dekabr ayında təbii qazın tədarükü üzrə müqavilələrin dəyəri noyabrın 14-də ticarət zamanı 1000 kubmetr üçün 500.5 dollara yüksəlib.

“The Wall Street Journal” yazır ki, soyuq hava və istilik mövsümünün başlaması ilə təbii qaz fyuçersləri artır. Bununla belə, qəzetin qeyd etdiyi kimi, tədarükün nisbətən yüksək səviyyədə qalacağı gözlənilir.

Oktyabrın sonunda Norveçin neft və qaz istehsalçısı “Equinor”un baş direktoru Anders Opedal bildirib ki, Asiyada artan tələb və Rusiya və mayeləşdirilmiş təbii qazın gələcək tədarükü ilə bağlı narahatlıqlar səbəbindən Avropada qaz qiymətləri təzyiq altında qalır.

Oktyabr ayında “Equinor” neft qiymətlərinin aşağı düşməsini və hasilatın azalmasını əsas gətirərək üçüncü rübdə mənfəətin 13% azaldığını bildirib.

Son xəbərlər
Digər xəbərlər