Hollandiyadakı TTF qaz qovşağında sentyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2800 dolları ötüb. Beləliklə, qaz 8%-dən çox bahalaşıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Qazprom” qışda Avropada qazın qiymətinin 4 min dolları keçəcəyini proqnozlaşdırır. Qiymətlər şirkətin “Şimal axını” ilə qaz tədarükünü azaltması fonunda artmağa başlayıb. Eyni zamanda, analitiklər avqustda tədarüklərin rekord həddə düşəcəyini gözləyir.