10 C
Baku
Friday, December 13, 2024

Avropada təbii qazın qiyməti 3 aylıq maksimumu yeniləyib

Avropada qazın spot qiyməti yüksələrək üç aylıq rekordu yeniləyib. Bu, sərt hava proqnozları və Rusiya qazının Ukrayna ərazisi ilə tədarükündə mayda artım olacağına dair gözləntilərinin təkzib edilməsi fonunda baş verib.

Niderlandın TTF qaz qovşağında çərşənbə günü tədarük olunan qazın qiyməti yüksələrək hər min kubmetr üçün 272 dollar təşkil edib. Bu, yanvarın 24-dən bəri ən yüksək göstəricidir.

Avropada yeraltı anbarlara vurulacaq qazın həcmində nəzərəçarpacaq dərəcədə çatışmazlıq yaşanır. TTF-in hesabatları isə Rusiya qazının Ukraynadan tədarükü ilə bağlı spekulyasiyaların Avropadakı qiymətlərə təsir etdiyini göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər