-1 C
Baku
Friday, February 21, 2025

Avropada təbii qazın qiyməti 5%-ə yaxın ucuzlaşıb

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 510 ABŞ dollarından aşağı enib.

19 fevral tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 506,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (532,2 dollar) ilə müqayisədə 4,9% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər