6 C
Baku
Sunday, December 15, 2024

Avropada təbii qazın qiyməti 580 dolları ötüb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti təqribən 580 ABŞ dollarında yuxarı səviyyədə qərarlaşıb.

Banker.az xəbər verir ki, 14 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 584.2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (572.1 dollar) ilə müqayisədə 2.1% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər