Avropada təbii qazın qiyməti bir min kubmetr üçün 650 dolları keçib.
Banker.az “TASS”a istinadən xəbər verir kiq, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.
Bildirildiyi kimi, sentyabrın 6-sı oktyabr fyuçerslərinin qiyməti bir min kubmetrə görə 654.1 dollara çatıb.
Hal-hazırda qiymət artımı bir qədər yavaşlayıb, lakin Avropada qiymət bir min kubmetrə görə 650 dollar civarında qalmağa davam edir. Ümumilikdə, hərraclar başlayandan qazın qiyməti 3% artıb.
Mütəxəssislərin fikrincə, yaxın aylarda Avropada qiymətlər dəyişməz qalacaq.