Avropada təbii qazın qiyməti bir min kubmetr üçün 900 dolları, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Analitiklər hesab edirlər ki, yanacağın qiyməti hava şəraiti, istilik mövsümünün başlaması, regional saxlama anbarlarının dolu olması və “Şimal axını-2” qaz kəmərinin işə salınması ilə bağlı qeyri-müəyyənlik səbəbindən sürətlə artır.
Bildirildiyi kimi, daha əvvəl oktyabr fyuçerslərinin qiyməti bir min kubmetrə görə qiyməti 840 dollar olub.
Mütəxəssislərin fikrincə, önümüzdəki onilliklərdə qiymətlər yüksək olaraq qalmağa davam edəcək – bir çox ölkələr yaşıl enerjinin digər sahələrini inkişaf etdirənə kimi yanacağın bu növünə üstünlük verəcək.