13 C
Baku
Friday, November 22, 2024

Avropada təbii qazın qiyməti maksimumu yeniləyib

Oktyabrın 1-i keçirilən hərraclarda Avropada təbii qazın qiyməti min kubmetr üçün 1150 dolları keçib.

Banker.az xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.

Beləliklə, ticarət zamanı Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti min kubmetrə görə 1199 dollara çatıb. Qeyd edək ki, bir neçə gün əvvəl pik nöqtədə qiymət 1057 dollar (87.95 avro) olub.

Avropada təbii qazın qiymətinin artması İngiltərədə enerji böhranına səbəb olub. Bu ölkədə təxminən 2 milyon ailə enerji şirkətlərinin iflasından zərər çəkib. Eyni zamanda müəyyən problemlər Avstriya, Niderland və Portuqaliyada qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər