20 C
Baku
Wednesday, October 29, 2025

Avropada təbii qazın qiyməti Yaxın Şərqdə atəşkəs xəbəri fonunda 12% düşüb

Londonun ICE birjasının məlumatına görə, Avropa qazının birja qiymətləri 11.14% azalaraq 1 MVt/saat üçün 36 avro təşkil edib. Bu, İsrailin İranla münaqişədə atəşkəslə razılaşması fonunda baş verib.

Eyni zamanda, neft də ucuzlaşıb – Brent markalı neftin fyuçersləri bir barel üçün 67.60 dollara düşüb.

Bu gün səhər saatlarında ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs razılaşmasının qüvvəyə mindiyini açıqlayıb. İsrail hakimiyyəti cənab Trampın atəşkəs təşəbbüsü ilə rəsmən razılaşıb. İran Xarici İşlər Nazirliyi İsrailin “qanunsuz təcavüzünü” dayandıracağı təqdirdə hərbi əməliyyatları davam etdirməyəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər