13 C
Baku
Saturday, November 23, 2024

Avropada təbii qazın qiyməti yenidən 1100 dolları keçib

Oktyabrın 25-i Avropada təbii qazın qiyməti yenidən min kubmetr üçün 1100 dollara qalxıb. Banker.az xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.

Bildirildiyi kimi, Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın noyabr fyuçerslərinin qiyməti min kubmetrə görə 1109 dollar təşkil edib.

Avropanın qaz bazarında qiymətlərin yüksək dəyişkənliyi əsasən qarşıdan gələn qış ərəfəsində qaz anbarlarının boş olması ilə əlaqələndirilir.

Avropa qaz sənayesində böhran bu payız, qiymətlər min kubmetr üçün 1000 dolları keçəndən sonra başlayıb. Müşahidəçilərin fikrincə, bunun səbəblərindən biri Asiyada qaza olan tələbatın sürətlə artması olub. Lakin qaz bazarında yüksək dəyişkənliyin əsas səbəbi kimi qaz anbarlarının boş olması göstərilir.

Son xəbərlər
Digər xəbərlər