Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 700 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
23 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 680.3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 6.3% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.