Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.
“ING Group”un məlumatına görə, qurum 2024-cü il üçün TTF indeksi (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiymətini 34 avro səviyyəsində proqnozlaşdırır.
Bundan başqa “ING Group” Avropada qazın qiymətinin 2025-ci ildə 33 avro, 2026-cı ildə isə 28 avro səviyyəsində olacağını proqnozlaşdırır.
Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.