Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 70.5%-i ötüb.
Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.
Məlumata görə, bu ilin 6 iyun tarixinə Avropada qaz anbarlarının doluluq səviyyəsi 0.21 faiz bəndi artaraq 70.54% təşkil edib.
Qeyd olunan tarixə, anbarlarda olan qazın həcmi 77.2 mlrd. kubmetr təşkil edib.