8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Avropada gələn yoluxma xəbərləri neftin qiymətini $78-ə qədər ucuzlaşdırdı

Avropada COVID-19 virusa yoluxmalarla bağlı gələn xəbər və əsas neft idxalçılarının strateji neft ehtiyatlarını bazara çıxarmaqla enerji qiymətlərinə təsirbir qədər zəiflətmək cəhdi həftənin son iş gününə Brent neftinin qiymətini $79-dan aşağı saldı.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 16:40 radələrində Londonun ICE birjasında Brent markalı xam neftinin bir barreli 2.81 dollar, yaxud 3.46% ucuzlaşmaqla 78.43 dollara düşüb. Yeri gəlmişkən, WTI neftinin dekabr üzrə kontraktlarının müddəti artıq bu gün bitir və əsasən treyderlər yanvar üzrə imzalanan fyuçerslərə keçib. Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin barreli 2.65 dollar, yaxud 3.35% ucuzlaşaraq 76.36 dollara düşüb.

Beləliklə hər iki neft markasının qiyməti son dörd həftənin minimumuna düşüb.

Avstriya COVID-19 yoluxmaların yeni dalğalanması səbəbindən lokdauna gedir və bu da iqtisadiyyatın bərpası üçün yeni suallar yaratmaqdadır.

Brent 2021-ci ilin əvvəlindən bu tərəfə 60% dəyər qazanıb və OPEC+ alyansı isə iqtisadiyyatların pərpası dönəmində neftə olan tələbin yüksəlməsinə rəğmən tədricən günlük artıma gedib.

Reuters-ə OANDA-nın bazar analitiki Craig Erlam deyib ki, neft bazarının fundamental olaraq hazırkı durumu yaxşıdır, lakin lokdaunlara gedilərsə bu bazar üçün açıq riskdir.

Son xəbərlər
Oxşar xəbərlər
X