10 C
Baku
Friday, December 19, 2025

Avropadan Azərbaycana pul köçürmələr yüksəlib – Ölkələr üzrə SİYAHI

2025-ci ilin 9 ayında Avropa ölkələrindən Azərbaycana daxil olan fiziki şəxslərin pul baratlarının ümumi həcmi 109.4 mln. dollar təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründə 94.24 mln. dollar idi. Beləliklə, Avropadan pul daxilolmaları 15.15 mln. dollar və ya 16.1% artıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Almaniyadan daxilolmalar 18.63 mln. dollardan 17.3 mln. dollara enib və bu istiqamətdə 1.32 mln. dollar və ya 7.1% azalma qeydə alınıb. Fransadan daxil olan vəsaitlər isə əksinə, kəskin artaraq 6.84 mln. dollardan 19.03 mln. dollara yüksəlib ki, bu da 12.19 mln. dollar və ya 178.2% artım deməkdir. İtaliya üzrə daxilolmalar 2.05 mln. dollardan 2.1 mln. dollara yüksəlib və artım ya 2.4% təşkil edib. Niderlanddan daxil olan pul baratları illik 6% faiz artaraq 4.79 mln. dollara, Polşadan 38.7% artaraq 3.63 mln. dollara yüksəlib.

Eyni zamanda, Azərbaycandan Avropa ölkələrinə köçürülmüş pul baratlarının ümumi həcmi 81.53 mln. dollardan 77.05 mln. dollara enib ki, illik 4.48 mln. dollar və ya 5.5% azalma qeydə alınıb.

Nəticədə Avropa istiqaməti üzrə xalis pul axını Azərbaycanın xeyrinə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

 

5675

Son xəbərlər
Digər xəbərlər