2025-ci ilin ilk 9 ayında Azərbaycana gələn Avropa ölkələri turistlərinin sayı 141 264 nəfər olub.
Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövründəki 127 440 nəfər turistlə müqayisədə təxminən 11% artım deməkdir.
Avropalı turistlərin Azərbaycandakı xərcləri isə artaraq 169,2 milyon manata çatıb. 2024-cü ildə 166,8 milyon manat idi. Artım nisbətən cüzi – 1,5% olsa da, onların səfər sayı daha sürətli yüksəlib, nəticədə hər turistin orta xərci bir qədər azalıb. 2025-ci ildə bir avropalı turist Azərbaycanda orta hesabla 1 198 manat xərcləyib. Məsələn, bu, 2024-cü ildə bu rəqəm 1 309 manat idi.
Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, Azərbaycana ən çox turist gələn Avropa ölkələri sırasında Almaniya (16 568 nəfər), Böyük Britaniya (18 756 nəfər) və İtaliya (9 986 nəfər) ön sıradadır. Xərclərə görə ilk yerlərdə də bu ölkələr dayanır.









