19 C
Baku
Tuesday, April 16, 2024

Avropadan gələn karantin xəbərləri neftin qiymətini $71-ə endirib

Koronavirusun Omikron variantının yoluxmaları artırması Avropada daha sərt məhdudiyyətlərə əl atmağa məcbur etməsi neftə olan tələbin azaldacağı ehtimallarını bir qədər də yüksəltdi. Nəticə olaraq, Asiya səhm bazarları və neftin qiyməti bazar ertəsinə enişlə start götürür.

Bakı vaxtı ilə 08:50 radələrində Brent neftinin bir barreli 1.92 dollar, yaxud 2.61% artımla 71.60 dollar olub.

WTI neftinin barreli 2.09 dollar, yaxud 2.95% bahalaşma ilə  68.77 dollar/barrelə yüksəlib.

Bir sıra indekslərdə də enişlər var. Məsələn, S&P 500 fyuçersləri 0.8%, NASDAQ 1%, EUROSTOXX 50 1.1% FTSE isə 1% düşüb.

Omikronun yayılması ilə şənbə günü Niderlandda karantinlərə getməsi digər ölkələrindən eyni addımı ata biləcəyi gözləntisini artırır. Sərtləşmələr isə treyderlər üçün, qlobal iqtisadiyyatı daratmaqla, neftə olan tələbin azaldacağı fikrini yaradır.

Son xəbərlər
Digər xəbərlər