6 C
Baku
Sunday, December 15, 2024

Avropalı bank video-identifikasiya xidmətini işə salır

Avstriyanın Erste Bank və Sparkasse bankları müştərilərinə video çatın köməkliyi ilə elə öz evlərindən hesab açmaq imkanı verəcək.

Banker.az xəbər verir ki, bu yaxınlarda qüvvəyə minmiş Avstriya maliyyə bazarlarında əməliyyatlara nəzarətin idarə edilməsi qaydaları sayəsində, yeni müştərilər şəxsiyyət vəsiqəsindən, milli ID-kartlar və yaxud sürücülük vəsiqələrindən istifadə etməklə kompüter və yaxud mobil cihazlar vasitəsilə video çat ilə özlərini identifikasiya edə bilərlər.

Bütün prosedur cəmi 10 dəqiqə vaxt tələb edir: müştəridən tələb olunan şəxsiyyətini təsdiq edən sənəddəki fotoşəklini yükləməkdir və bütün məlumatlar avtomatik olaraq mövcud bank blankına köçürüləcək. Bunun ardınca, bank əməkdaşı ilə video çat gedişində Idnow texnologiyası müştərinin şəxsiyyətini təyin edəcək.

Son xəbərlər
Digər xəbərlər