Aİ-nin xarici işlər nazirlərinin Lüksmburq görüşündə Ukraynadan taxıl ixracı və Misirlə əlaqələr əsas müzakirə mövzuları olacaq.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Bu gün keçirilməsi nəzərdə tutulan iclasın müzakirə mövzuları arasında Aİ – Qazaxıstan əməkdaşlığı da yer alır.
Brüsseldəki mənbə bildirib ki, Aİ Ukrayna taxılının gəmilərlə daşınması fikirini dəstəkləsə də, gəmilərin müşayiət olunması məsələsini araşdırmır. Həmçinin taxılın belarus ərazisindən ixracı da müzakirə predmeti olmayacaq.