5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Avropalı dövlət qulluqçularına sosial şəbəkələri silmək məsləhət görülüb

Avropa komissiyası öz xidmətçilərinə ən geniş yayılmış sosial şəbəkələri (WhatsApp, Facebook Messenger və Apple Messages) silməyi məsləhət görüb. Bunların yerinə onlara daha təhlükəsiz Signal tətbiqi vasitəsilə yazışmalar aparmaq məsləhət görülüb. Bu barədə Politico mənbələrə istinadən yazır.

Messencerlərdən istifadə xidməti məlumatların sızmasına gətirib çıxardıqdan sonra Avrokomissiya onları təhlükəli hesab edib.

Xidmətçilərə məsləhət görülən Signal tətbiqi isə şifrələmə texnologiyası əsasında işləyir. O, həm də açıq mənbə kodundan istifadə edir və demək ki, daha şəffafdır.

©Bizplus

Son xəbərlər
Oxşar xəbərlər