10 C
Baku
Wednesday, November 13, 2024

Avropalı nazirlər Ukrayna və Moldovaya dəstək üçün Parisdə toplanacaqlar

Avropa ölkələrinin müdafiə və xarici işlər nazirləri Ukrayna və Moldovaya dəstəyi müzakirə etmək üçün yaxın günlərdə Parisdə toplanacaqlar.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Christophe Lemoine deyib.

O bildirib ki, Avropa dövlətləri Moldova Rusiyanın “daha aqressiv şəkildə sabitliyi pozmaq” səyləri ilə üzləşdiyi üçün bu ölkəyə hərbi dəstəyi necə gücləndirmək barədə müzakirələr aparacaq. “Moldova getdikcə daha aqressiv destabilizasiya cəhdləri ilə üzləşir və burada Dnestryanıdakı vəziyyət böyük diqqətlə izlənilir”, – Lemoine jurnalistlərə bildirib.

O qeyd edib ki, bu məsələ Avropanın bəzi xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə yaxın günlərdə Parisdə Ukraynaya dəstəyin gücləndirilməsinə diqqət yetiriləcək görüşdə müzakirə olunacaq.

Fransalı rəsmi qeyd edib ki, sözügedən görüşün martın 7-də keçiriləcəyi gözlənilir.

İclasın məqsədi kibermüdafiə, silah istehsalı, Rusiyanın təhdid etdiyi ölkələri, xüsusən də Moldovanı müdafiə etmək, Ukraynanın Belarusla sərhədini qorumaq və minalardan təmizləmə əməliyyatları ilə bağlı konkret ideyalar irəli sürməkdir

Son xəbərlər
Digər xəbərlər