Eurostat məlumatlarına əsasən, danimarkalılar baza gəlirlərinin 29,3%-ni mənzil, elektrik enerjisi və qaz xərclərini ödəməyə sərf edirlər.
Danimarkanın ardınca isə Finlandiya (28,2%), Fransa (26,4%), İsveç (26,0%), Çexiya (25,9%) və Böyük Britaniya (25,6%) gəlir.
Kommunal xərclərə ən az vəsait sərf edənlər isə Malta – 10,1%, Litva – 15,8%, Kipr – 16,6%, Estoniya – 18%, Bolqarıstan, Portuqaliya və Sloveniya (hər ikisi18,8%), həmçinin Macarıstan (19,1%) sakinləridir.
Qeyd edək ki, 2015-ci ildə Aİ-da təsərrüfat xərclərinin dörddə biri mənzil, su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə sərf edilib.