2013-cü ildə orta statistik yüksək əmək haqqını İsveçrə və Norveç vətəndaşları əldə etmişlər ki, onların bir ildə əldə etdikləri gəlir 59 000 və 47 000 avro təşkil edib. Avropa İttifaqının statistika xidmətinin verdiyi məlumata görə, Aİ-na daxil olan ölkələr sırasında ən yüksək əmək haqqını Lüksemburq vətəndaşları əldə edir. Bu kiçik dövlətdə orta hədlə bir ildə 37 000 avro qazanılır. Lüksemburqun ardınca isə digər Benilüks və Aİ-na daxil olan digər Skandinaviya ölkələri gəlir. Bununla yanaşı ilk 10-luqda 31 000 avro orta əmək haqqı ilə britaniyalılar və 27 000 avro ilə avstraliyalılar da yer almışlar.
Qeyd etmək lazımdır ki, kifayət qədər əmək haqqı öz maliyyə məsələləri ilə ciddi çətinliklər yaşayan PIGS ölkələrində müşahidə edilir. Ümumilikdə italyan və fransızlar orta hədlə 20 000 avro qazanmışlar. Nisbətən problemli yunanlar 15 000 avro, portuqaliyalılar isə 12 000 avro qazanmışlar.
Nisbətən aşağı səviyyəli əmək haqqını isə Pribaltika ölkələrində müşahidə etmək mümkündür. Burada ən yüksək əmək haqqılı vətəndaşlar 9000 əəmk haqqı əldə edən estoniyalılardır. Latviya və litvalılar isə ildə cəmi 6000 və 5000 avro qazanırlar.