23 C
Baku
Saturday, April 20, 2024

Avropalıların əksəriyyəti Avropa İttifaqının parçalanmasını mümkün hesab edir

Avropalıların yarıdan çoxu Avropa İttifaqının növbəti 20 il ərzində parçalana biləcəyinə inanır. Bu barədə “The Guardian” qəzeti “European Council on Foreign Relations” (ECFR) şirkəti tərəfindən aparılan sorğusuna istinadən xəbər verir.

Almaniya, Belçika, İtaliya, Hollandiya, Avstriya, Slovakiya, Rumıniya, Yunanıstan, Çexiya və Polşa sakinlərinin yarısından çoxu AB-nin gələcək 10-20 ildə mövcudluğunun dayandırılmasını real hesab edir.

AB-nin dağılmasına inanan insanların əksəriyyəti Slovakiyada yaşayır – 66%. İkinci yerdə Fransa dayanır.

Sorğu 14 ölkədə aparılıb, nəticələrə görə İspaniyada respondentlərin 40%-i, Danimarkada 41%-i, İsveçdə isə 44%-i Avropa İttifaqının parçalanmasını mümkün hesab edir.

Bundan əlavə, sorğulanan insanların təxminən 30%-i AB üzvləri arasında silahlı münaqişənin olduqca real olduğunu düşünür. Fransada və Polşada isə respondentlərin təxminən üçdə biri Avropa Birliyi üzvləri arasında müharibənin başlamasını mümkün hesab edir.

“The Guardian” qeyd edir ki, bu məlumatlar Avropa Parlamentində keçiriləcək seçkilərlə əlaqəli olan ictimai narahatlıqları əks etdirir.

Son xəbərlər
Digər xəbərlər