27 C
Baku
Saturday, July 27, 2024

Avropanın ən varlı və kasıb ölkəsi seçilib

Danimarka Avropa İttifaqının ən varlı ölkəsi seçilib. Hesablamalara görə, Danimarkada ailə aktivlərinin sayı 1.88 milyon kron və ya 300 min dollara çatır.

Banker.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında deyilir.

Bununla yanaşı, danimarkalıların qonşu ölkələrin sakinləri ilə müqayisədə borcları daha çoxdur. Öhdəliklərin böyük hissəsi daşınmaz əmlakla təmin edilmiş bank və ya ipoteka borcları ilə əlaqəlidir (təxminən 86%). Ümumilikdə danimarkalıların maliyyə göstəriciləri Aİ-nin orta göstəricilərini üç dəfə üstələyir.

Ailə aktivlərinin həcminə görə ikinci yerdə Niderland, üçüncü yerdə Lüksemburq, dördüncü yerdə isə İsveç dayanır. Hesabatda bildirildiyi kimi, Avropanın ən kasıb ölkəsi kimi Rumıniya seçilib.

Son xəbərlər
Digər xəbərlər